Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,84 faiz artaraq bir bareli 62,32 dollar olub.
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,76 faiz artaraq bir bareli 57,74, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,91 faiz artaraq bir bareli 63,94 dollar olub.
Xatırladaq ki, ötən həftənin sonlarından dünya bazarında “qara qızıl”ın qiyməti 2 faiz aşağı düşmüşdü. Ekspertlər belə şəraiti normal qiymətləndirirlər.
 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

22 Noyabr 2019 09:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə