Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Başqa ölkələr Almaniyadan nümunə götürməlidirlər”

“Başqa ölkələr Almaniyadan nümunə götürməlidirlər”

İtaliyanın xarici işlər naziri Luici Di Mayo almaniyalı həmkarı Hayko Maasla miqrant böhranını müzakirə edib. O, almaniyalı həmkarı ilə görüşünün yekunları barədə deyib ki, rəsmi Berlin qayıq və yelkənli gəmilərlə Apennin yarımadası sahillərinə üz tutan miqrantların yerləşdirilməsində İtaliyaya dəstək göstərməyə hazır olduğunu bildirib. 

Luici Di Mayo miqrant böhranı ilə bağlı yardım çağırışına həmişə ilk reaksiya verən ölkə kimi Almaniyanı tərifləyib. O, Berlində təşkil olunan birgə brifinqdə deyib: “Başqa ölkələr Almaniyadan nümunə götürməlidirlər. Ümidvarıq ki, onlar da qeyri-leqal miqrasiya probleminin həllində həmrəylik nümayiş etdirəcəklər”.
Almaniyanın xarici işlər naziri Hayko Maas isə öz növbəsində deyib ki, Avropa ölkələri miqrasiya böhranının həllində həmrəylik əsasında və məsuliyyətin bərabər bölüşdürülməsi prinsipinə əsaslanaraq vahid mexanizm işləyib hazırlamalıdırlar. O deyib: “Quruma üzv olan digər dövlətlər zərbəni birinci qəbul edən İtaliya kimi ölkələrlə həmrəylik nümayiş etdirilməlidirlər”.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

22 Noyabr 2019 09:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə