Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyalı qaçqınların bir qrupu terrorçulardan azad olunmuş əraziyə qayıdıb

Suriyalı qaçqınların bir qrupu terrorçulardan azad olunmuş əraziyə qayıdıb

Son bir neçə il ərzində Türkiyədə məskunlaşan suriyalı qaçqın ailələrinin bir qrupu bu günlərdə könüllü surətdə terrorçulardan azad olunmuş ərazilərə qayıdıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin müxbiri bu hadisə ilə bağlı hazırladığı reportajda qeyd edir ki, Türkiyə hərbçilərinin bu ilin 9 oktyabr­ında başladığı “Sülh çeşməsi” əməliyyatı  nəticəsində azad olunmuş Tell-əl-Ebyad şəhərinə artıq 30 ailə qayıdıb. Hazırda şəhər infrastrukturunda bərpa işləri davam edir. 
Müxbir yazıb ki, doğma yurda qayıdan qaçqınlar çox razılıq edirlər. Məsələn, suriyalı qaçqın İbrahim əl-Həsən deyib ki, o, altı nəfər ailə üzvü ilə birlikdə 5 ilə yaxın vətəndən kənarda yaşamağa vadar olub. Ata yurduna qovuşmağından çox sevinən Suriya vətəndaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, bütün igid türk əsgər və zabitlərə doğma yurd yerlərinin YPG/PKK terrorçularından azad edilməsindəki xidmətlərinə görə dərin minnətdarlıq edib.
Suriyanın müxalif Milli Ordusunun döyüşçüsü Yasir Əbud əl-Huduk isə bildirib ki, Tell-əl-Ebyadın azad olunmasından sonra, o, nəhayət, buradakı doğmaları ilə görüşə bilib. Əl-Huduk ümid etdiyinin bildirib ki, qaçqınların çoxu tezliklə doğma evinə qayıda biləcək.
Xatırladaq ki, Türkiyə ərazisində 3,6 milyona yaxın suriyalı qaçqın məskunlaşıb. Prezident R.T.Ərdoğan dəfələrlə qaçqınların doğma yurdlarına qayıtmaları üçün Türkiyə hökumətinin əlindən gələni etməyə hazır olduğunu bildirib. 

 

M.HACIXANLI, “Xalq qəzeti” 

22 Noyabr 2019 09:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə