Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon Cənubi Koreyadakı hərbi kontingentin sayını azalda bilər

Pentaqon Cənubi Koreyadakı hərbi kontingentin sayını azalda bilər

“Reuters” agentliyinin yaydığı məlumata görə, Seul ABŞ qoşunlarının ölkə ərazisində saxlanılması xərclərini artırmasa, Vaşinqton bu ölkədəki 28 minlik hərbi kontingentinin sayını azaltmaq imkanlarını nəzərdən keçirəcək.

Mənbə qeyd edir ki, bu barədə Vaşinqtondakı diplomatik mənbə məlumat yayıb. Bildirilib ki, rəsmi Pentaqon danışıqların Prezident Donald Trampın istədiyi məcrada davam etməyəcəyi təqdirdə Cənubi Koreyadan bir briqadanı çıxaracaq.
Qeyd edək ki, hazırda Cənubi Koreyada 28,5 minlik hərbi kontingentin saxlanılması Vaşinqtona təxminən ildə 5 milyard dollara başa gəlir. 2019-cu ildə imzalanan birillik müqaviləyə əsasən, Seulun müvafiq xərcləri 8,2 faiz artırılaraq 1,04 trilyon vona (915 milyon dollar) çatdırılıb.
Noyabrın 7-də Koreya Respublikasının birləşmə üzrə parlament komitəsinin rəhbəri Yun San Hön Vaşinqtonun Seula birgə müdafiə xərclərini demək olar ki, beş dəfə artıraraq 4,7 milyard dollara çatdırması barədə tələb irəli sürdüyünü bildirib. Həmçinin ABŞ Cənubi Koreyanın yarımada xaricində öz Silahlı Qüvvələrinin saxlanılması xərclərini artırmasını da israr edir.
Xatırladaq ki, ABŞ 1950-1953-cü illərdə baş verən Koreya müharibəsindən bəri Cənubi Koreyada qoşun saxlayır.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

22 Noyabr 2019 09:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə