Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni tikilmiş 39 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinınə verildi

Yeni tikilmiş 39 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinınə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı sahəsində mühüm işlər aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda deyilir ki,  Ağcabədi, Bərdə, Ağdam, Sabirabad və s. rayonlarda  yeni tikilmiş 39 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib.

Ağcabədi rayonunda evlərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin vətəndaş rifahının təminatı istiqamətində əhəmiyyətli irəliləyişlərə imkan verdiyini vurğulayıb. O, cari ildə həyata keçirilən sosial islahatların nəticələrini, sosial ödənişlərdə edilən ciddi artımları diqqətə çatdırıb. Həssas qruplardan olan vətəndaşların da maddi təminatlarının artırılması sahəsində atılan mühüm addımları qeyd edib.

N.Rəhimov qeyd edib ki, ilin sonuna qədər bu kateqoriyalardan olan daha 550-yə yaxın vətəndaş mənzillə təmin ediləcək. Ümumilikdə, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7040 mənzil və fərdi ev verilib.

Yeni fərdi yaşayış evlərinin sahibləri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini  vurğulayıb, onların maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərə, yeni mənzillərlə təmin olunduqlarına görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

 

“Xalq qəzeti”

21 Noyabr 2019 16:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 Dekabr 2019 | 12:49
Beynəlxalq Əlillər Günü

Köhnə versiyamızdan xəbərləri izlə