Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sofiyada növbəti dəfə erməni deputatların siyasi təxribatının qarşısı alınıb

Sofiyada növbəti dəfə erməni deputatların siyasi təxribatının qarşısı alınıb

Deputat Aydın Mirzəzadə bildirib ki, Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alınıb.

Aydın Mirzəzadə qeyd edib ki, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında Ermənistan deputatları siyasi təxribata əl atmaq istəyiblər: "Ermənistandan olan bir deputat elan etdi ki, Azərbaycan və Ermənistan rəhbərləri dəfələrlə bildiriblər ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan, Ermənistan və " dağlıq qarabağ xalqının" maraqlarına cavab verməlidir. Digər erməni deputat isə Bakı - Tbilisi - Qars dəmiryol xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı. Onlardan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çatdırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri- şərsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtidadi layihələrinfən yüz milyonlarla gəlir əldə edə bilərdi.

Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxış edərək Ermınistan nümayəndələrinin beynılxaq tədbirdə "Arsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi. Azərbaycan deputatları Musa Quliyev və İlham Əliyev də Ermənistan işğalına və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdlərinə tutarlı cavab verdilər".

 

“Xalq qəzeti”

21 Noyabr 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə