• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

SOCAR-da tədris prosesinə start verilib

SOCAR-da tədris prosesinə start verilib

Neft, qaz və neft-kimya sənayesində kadr potensialının möhkəmləndirilməsi, idarə və müəssisələrdə beynəlxalq standartlar əsasında peşə fəaliyyətinin təşkili məqsədilə SOCAR yeni tədris prosesinə başlamışdır. 
Cari tədris ili üçün qəbul planına əsasən, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin 4 təlim mərkəzində – Qobustan regional təlim, Sumqayıt Təlim-tədris, Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə təlim və Kadr hazırlığının təşkili mərkəzlərində qrupların tədris prosesinə start verilib. Bu məqsədlə Sumqayıtda keçirilən tədbirdə idarənin rəisi Fuad Süleymanov, SOCAR-ın Kadr rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri İlkin Aslanov, “Azərikimya” İB-nin Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyev və Karbamid zavodunun baş mühəndisi Bəxtiyar Məmmədov çıxış ediblər. Natiqlər SOCAR-da peşə təhsili sahəsində görülən işlərdən, əldə olunan uğurlardan söhbət açıb və yeni tədris ili münasibətilə şagirdləri təbrik ediblər. 
Bu ilin qəbul prosesində yüksək bal toplayan “Kimyəvi analiz laborantı” qrupunun şagirdi Fatma Babayeva onlar üçün yaradılan şəraitə və qayğıya görə təşəkkürünü bildirib və təlimdə uğur qazanacaqlarına söz verib. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti” 

19 2018 02:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin