Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəhruz Quliyev: YAP ulu öndər Heydər Əliyevin böyük nüfuzu və ideyası ətrafında yarandı

Bəhruz Quliyev: YAP ulu öndər Heydər Əliyevin böyük nüfuzu və ideyası ətrafında yarandı

Siyasi ekspert Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 27-ci ildönümü ilə bağlı fikirlərini şərh edərkən bildirib ki, ölkənin xaos və anarxiya  təhlükəsi ilə üz-üzə qalması, xalqın səfalət və qorxu içində yaşaması yeni bir siyasi qüvvənin meydana gəlməsi zərurətini ortaya qoymuşdu:  "YAP-ın müxalifət partiyası kimi yaranması və qısa müddət ərzində iqtidara gəlməsinin əsasında bir sıra mühüm məqamlar dayanmaqdadır. Həmin dövrdə baş verən ictimai-siyasi proseslərinin təhlilini aparsaq, belə bir nəticəyə gələ bilərik ki, YAP Ulu Öndər Heydər Əliyevin siyasi-ideoloji konsepsiyası əsasında zamanın çağırışları zəminində yaranmış partiyadır və ötən 27 ildə həmin ideoloji kursun inkişaf və təkmilləşdirilməsi prosesinin xalq tərəfindən dəstək alması da bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir. Biri var partiya yaranır və özünə lider seçir, biri də var ki, liderin nəhəng nüfuzu və ideyası ətrafında partiya yaranır və bütöv bir xalqın etibarına, etimadına söykənərək, ölkəni xaos və anarxiyadan xilas edir. Bax, bu mühüm məqam Yeni Azərbaycan Partiyasının digər siyasi təşkilatlar üzərindəki üstünlüyü faktını ortaya qoyur. Çünki xalq öz liderini hakimiyyətdə görmək istədi və liderin hakimiyyətə gəlişi ilə YAP iqtidar partiyasına çevrildi ”.

Siyasi ekspert deyib ki, təməli xalqın iradəsi və tükənməz dəstəyi ilə qoyulan YAP bu gün də həmin vəhdət əsasında fəaliyyətini davam etdirməkdə, yeni-yeni uğur və qələbələr əldə etməkdədir: “ Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev demək olar ki, partiyamızın fəaliyyəti ilə bağlı çıxışlarının hər birində vurğulayırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.

Həmin fikrin davamı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bütün çıxışlarında bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir: “Partiyamızın Sədri cənab İlham Əliyevin siyasi fəaliyyəti bilavasitə Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş prinsiplərə söykənir. Bu gün cənab İlham Əliyevin həm lider kimi, həm Prezident kimi xalqa arxalanması müstəqilliyimizin qarantıdır. Bu, bilavasitə xalq-Prezident birliyinin, sarsılmaz vəhdətinin bariz təcəssümüdür. Son 16 ildə partiyanın parlament və bələdiyyə seçkilərində əldə etdiyi uğur və qələbələri də belə bir nəticəyə gəlməyə zəmin yaradır”.

                                        

“Xalq qəzeti”

20 Noyabr 2019 15:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə