Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həssas qruplardan olan uşaqlara həsr edilmiş tədbir keçirilib

Həssas qruplardan olan uşaqlara həsr edilmiş tədbir keçirilib

BMT-nin Uşaq Hüquqları Konvensiyasının 30 illiyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas qruplardan olan uşaqlara göstərilən xidmətlərə həsr edilmiş “Uşaq Hüquqları Konvensiyası və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri” mövzusunda tədbir keçirilib.  

“Gələcəyə qayğı”, “Ailə dünyası”,  “Könül evi” və “Mərhəmət” ictimai Birlikləri tərəfindən təşkil edilən tədbirdə hökumət və qeyri-hökumət qurumlarından,  UNİCEF-in Azərbaycan nümayəndəliyindən,  ayrı-ayrı şirkətlərdən nümayəndələr, millət vəkilləri və b. iştirak ediblər. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial inkişaf strategiyasında uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunmasının mühüm prioritetlərdən olduğunu vurğulayıb. O, ölkəmizdə müvafiq kateqoriyalardan olan 600 minədək uşağın müxtəlif sosial ödənişlərlə təmin edildiyini, bu ödənişlərin məbləğinin cari ildə də əhəmiyyətli şəkildə artırıldığını, həssas qruplardan olan uşaqların sosial xidmətlərlə təminatı sahəsində aparılan işləri diqqətə çatdırıb. Dövlət başçısının sərəncamının icrası olaraq nazirliyin sosial sifarişləri üzrə yaradılan sosial xidmət mərkəzlərinin 3,5 dəfədən çox artdığını deyib.

Çıxışlarda BMT-nin Uşaq Hüquqları Konvensiyasının Azərbaycanda uğurlu icrasından, ölkəmizdə həssas qruplardan olan uşaqlara göstərilən qayğıdan bəhs olunub.  Günərzi və İcma Əsaslı Sosial Reablitasiya Mərkəzlərinə  cəlb olunan uşaqların ifasında mahnı və şerlər səslənib, rəqslər ifa olunub.
Təşkilatçı QHT-lər uşaq hüquqlarının müdafiəsi və həssas qruplardan olan uşaqlara qayğı göstərilməsi sahəsində xidmətlərinə görə ayrı-ayrı şəxslərə təşəkkürnamələr təqdim ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 Noyabr 2019 12:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
5 Dekabr 2019 | 12:49
Beynəlxalq Əlillər Günü

Köhnə versiyamızdan xəbərləri izlə