Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə yayım xidmətinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC  3 televiziya və 2 radio kanalının internet şəbəkəsi vasitəsilə  yayım xidmətinin satın alınması məqsədilə  AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www. etender. gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 150 manatdır. 
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri: 
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC
Ünvan- 370011,Bakı şəhəri,M. Hüseyn küçəsi 1 
VÖEN-9900062371 
İBAN- AZ33CTRE00000000000004048501 
M.N. DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi
Kod -210005
VÖEN -1401555071 
M/h- AZ41NABZ01360100000000003944
SWIFT CTREAZ22 
Büdcə təsnifatı kodu -142340
Büdcə səviyyəsinin kodu- 7
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
 -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
 -podratçının müəyyən etdiyi digər sənədlər. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 9 dekabr 2019-cu il saat 18.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 17 dekabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 dekabr 2019-cu il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər. 
QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

 

Tender komissiyası

20 Noyabr 2019 00:54 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:50
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə