Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səyahət üçün ən təhlükəli ölkələr

Səyahət üçün ən təhlükəli ölkələr

“Daily Mail” nəşrinin məlumatına görə, Liviya və Somali səyahət üçün dünyanın ən təhlükəli ölkələri hesab olunur.
Qəzet yazır ki, beynəlxalq ekspertlər qrupu turistlər üçün təhlükəli və təhlükəsiz ölkələri göstərən interaktiv xəritə hazırlayıb. Xəritənin hazırlanmasında üç meyar - yol hərəkətinin təhlükəsizliyi, cinayətkarlıq səviyyəsi və tibbi xidmətlərin keyfiyyəti əsas götürülüb.
Liviya və Somali ilə yanaşı, Əfqanıstan və Venesuela da üç meyar üzrə aşağı qiymət alıb.
Qeyd edilir ki, Qvineya, Syerra-Leone, Liberiya, Suriya, Yəmən, İraq və Nigeriyanın bir sıra rayonları da turistlər üçün risk daşıyan ölkələr qrupuna daxildir. 
Bildirilir ki, turistlər üçün ən təhlükəsiz ölkələr Finlandiya, Norveç və İslandiyadır. Skandinaviya ölkələrində qəzaya düşmək, xəstələnərkən adekvat müalicə almamaq, həmçinin terror təhlükəsi ilə üzləşmək riskləri çox azdır.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

19 Noyabr 2019 22:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə