Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreya və ABŞ hərbi xərclərə dair razılığa gələ bilməyiblər

Cənubi Koreya və ABŞ hərbi xərclərə dair razılığa gələ bilməyiblər

“Associated Press” agentliyinin yaydığı məlumata görə, Cənubi Koreya və ABŞ arasında fikir ayrılıqları səbəbindən Koreya yarımadasında Amerika hərbi kontingentinin saxlanılması xərclərinin bölünməsi üzrə danışıqlar dayandırılıb və müzakirələrin daha bir mərhələsinin keçiriləcəyi barədə qərar qəbul edilib.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin bu barədə məlumatında bildirilir: “Noyabrın 19-da müdafiə xərclərinin bölünməsi üzrə Cənubi Koreya-ABŞ danışıqları gözlənilən kimi keçməyib. ABŞ xərclərin xeyli artırılmasını tələb edir. Biz isə hesab edirik ki, razılaşma son 28 ildə olduğu kimi hər iki tərəfi qane etməlidir”.
Qeyd edək ki, Cənubi Koreyada 28,5 minlik hərbi kontingentin saxlanılması Vaşinqtona təxminən ildə 5 milyard dollara başa gəlir. 2019-cu ildə imzalanan birillik müqaviləyə əsasən, Seulun müvafiq xərcləri 8,2 faiz artırılaraq 1,04 trilyon vona (915 milyon dollar) çatdırılıb.
Qeyd edək ki, noyabrın 7-də Koreya Respublikasının birləşməsi üzrə parlament komitəsinin rəhbəri Yun San Hön Vaşinqtonun Seula müştərək müdafiə xərclərini, demək olar ki, beş dəfə artıraraq 4,7 milyard dollara çatdırması barədə tələb irəli sürdüyünü deyib. Həmçinin ABŞ Cənubi Koreyanın yarımada xaricində ABŞ Silahlı Qüvvələrinin saxlanılması xərclərini artırmasını da israr edir.
Xatırladaq ki, ABŞ 1950-1953-cü illərdə baş verən Koreya müharibəsindən bu yana Cənubi Koreyada qoşun saxlayır.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

19 Noyabr 2019 22:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə