Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 40 ilin ən isti noyabrı

Son 40 ilin ən isti noyabrı

İstanbulda 1981-ci ildən bəri ən isti noyabr ayı qeydə alınıb. Türkiyənin Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, bu ay şəhərdə havanın orta aylıq temperaturu müsbət 21,7 dərəcə təşkil edib. Qeyd edilir ki, son 50 ilin göstəricilərinə nəzər saldıqda isə Türkiyə ərazisində havanın temperaturu 1,2 dərəcə artıb. Belə ki, əgər Türkiyə ərazisində 1970-1978-ci illərin noyabr aylarında havanın temperaturu orta hesabla 12,7 dərəcə qeydə alınıbsa, bu rəqəm 2007-2016-cı illərin eyni dövründə 13,9 dərəcə təşkil edib.
Xəbəri “Anadolu” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

19 Noyabr 2019 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə