Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı

Azərbaycanlı rejissorun filmi Pensilvaniyada da uğur qazandı

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri ABŞ-ın Pensilvaniya ştatında keçirilən “2019 Directors Circle Festival Of Shorts” yarışmasında  nümayiş olunub.

Azərbaycanlı rejissorun filmləri digər ölkələrin filmləri arasından seçilərək,  festivalın müsabiqə proqramına daxil edilib. Ekran işləri sənədli filmlər kateqoriyasına seçiliblər.

29 noyabr 7 dekabr aralığında qaliblər müəyyən olunacaq. 

“Directors Circle Festival Of Shorts” festivalı 10 ilin yarışmasıdır. Bu barədə filmlərin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib. “İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib, ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq üçün çəkilib və buna da nail olmuşuq”,- deyə Cəlaləddin Qasımov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “SSP Production” tərəfindən cari ilin mart ayında istehsal olunan sənədli filmlər 40 ölkədə keçirilmiş 100-dən artıq beynəlxalq festivala göndərilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Noyabr 2019 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə