Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AzTU-da BDU-nu 100 illik yubileyi qeyd edilib

AzTU-da BDU-nu 100 illik yubileyi qeyd edilib

Noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq, dövlət müstəqilliyimizin yetirməsi olan bu ali məktəbin həyatındakı  əlamətdar hadisə ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd edilir. Azərbaycan Texniki Universitetində keçirilən növbəti belə mərasim BDU-nun 50 illiyi münasibətilə yarım əsr əvvəl yazılmış və dillər əzbəri olan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb.

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev qonaqları salamladıqdan sonra BDU-nun keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb.  BDU-nun böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini söyləyən Vilayət Vəliyev bu ali təhsil ocağının ən böyük məzununun dünya şöhrətli siyasət və dövlət xadimi, ümummilli lider Heydər Əliyev olduğunu vurğulayıb. Natiq qeyd edib ki, ulu öndər bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib, onun ölkə həyatında rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, BDU-nu Azərbaycan xalqının milli sərvəti adlandırıb.

Rektor çıxışında özünün də BDU-nun məzunu olduğunu xatırladaraq bildirib ki, hazırda AzTU-nun professor-müəllim heyətinin 163 nəfəri məhz BDU-nun məzunudur. Rektor BDU-nun inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu da vurğulayıb. O, yubiley tədbirinin AzTU ilə BDU arasında dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyısinin parlaq göstəricisi olduğunu söyləyib. 

BDU-nun rektoru Elçin Babayev isə yubiley tədbirinin təşkilinə görə təşəkkür edib. O, BDU-nun keçdiyi 100 illik şərəfli yoldan ətraflı danışıb. Rektor BDU ilə AzTU arasında əməkdaşlığın yeni mərhələsinin əsasının qoyulduğunu da diqqətə çatdırıb.

BDU-nun prorektoru Aydın Kazımzadə və AzTU-nun kimya kafedrasının müdiri Elman Məmmədov BDU-nun Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.

Sonra AzTU-da çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş professor və müəllimlər adından BDU-nun rektoruna xatirə hədiyyəsi təqdim olunub. 

Tədbir bədii hissə iləbaşa çatıb.

 

R.TAHİR,
“Xalq qəzeti”

19 Noyabr 2019 17:06 - İQTİSADİYYAT
İQTİSADİYYAT
16 Dekabr 2019 | 16:04
Neftdən nə xəbər?!

Köhnə versiyamızdan xəbərləri izlə