Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Çin arasında nəqliyyat üzrə işçi qrupu yaradılır

Azərbaycan və Çin arasında nəqliyyat üzrə işçi qrupu yaradılır

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında nəqliyyat üzrə işçi qrupunun yaradılması məqsədilə ölkəmizdə səfərdə olan Çin nümayəndə heyəti ilə geniş tərkibli görüş keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumatda bildirilir ki,  görüşdə Çin nümayəndə heyətinə Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamentinin Baş direktoru Xu Yahua, Azərbaycan nümayəndə heyətinə nazir müavini Elmir Vəlizadə rəhbərlik edib. 

Görüş zamanı Çindən Avropaya və əks-istiqamətdə yükdaşımaları zamanı Mərkəzi Dəhlizin imkanlarından istifadənin təşviqi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə konteyner daşımalarına Çin əyalətləri tərəfindən subsidiyaların ayrılması, Bakı-Tbilisi-Qars yeni dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından istifadənin genişləndirilməsi müzakirə olunub. 

Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında baxılmaqda olan beynəlxalq avtomobil daşımaları və kombinə edilmiş yükdaşımaları haqqında Saziş layihələri üzrə danışıqların davam etdirilməsi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

“Xalq qəzeti”

19 Noyabr 2019 15:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə