Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqlar üçün reabilitasiya mərkəzi

Uşaqlar üçün reabilitasiya mərkəzi

Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilib və 2011-ci il aprelin 5-də istifadəyə verilib. 

1700 kvadratmetr sahəsi olan mərkəz ən müasir standartlara uyğun tikilib və ən müasir avadanlıqla təchiz olunub. Mərkəzdə uşaqların müalicəsi üçün qum terapiyası, artterapiya üsullarından, müalicəvi vannalardan istifadə edilir. Uşaqlarla sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara müstəqil yaşamaq vərdişləri öyrədilir.

Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan götürmək, normal yuxunu bərpa etmək, psixoloq və uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi daşıyır.

Mərkəzdə uşaq serebral iflicindən əziyyət çəkənlər üçün balneoterapiya da həyata keçirilir. Hovuzda uşaqların çəkisi iki dəfə azaldığından, onlar hərəkət etməyə qorxmurlar. Nəticədə hətta ağır xəstələr də sərbəst üzməyi öyrənə bilir.    Mərkəzdə müalicə ilə yanaşı, tədris işləri də aparılır. Uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi xüsusi otaqda müayinə və qiymətləndirmə 3 mütəxəssis -- pediatr, nevroloq və psixoloq tərəfindən aparılır.

Mərkəz uşaqların gətirilib- aparılması üçün avtobusla təmin edilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2019 12:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə