Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Milli dirçəlişdən qüdrətli dövlətçiliyə” adlı tədbir

“Milli dirçəlişdən qüdrətli dövlətçiliyə” adlı tədbir

Binəqədi rayonu 283 №-li tam orta məktəbdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə” adlı tədbir keçirilib. Toplantıda Milli Məclisin deputatı Qənirə Paşayeva, məktəbin direktoru Tünzalə Zeynalova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova XX əsrin 80 – ci illərinin sonunda Azərbaycan xalqının milli-siyasi oyanışından, siyasi proseslərdə fəal iştirakının 1990 – cı ilin yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata milli azadlıq hərəkatına çevrilməsindən söz açıblar. Həmçinin Vətənimizin qazandığı istiqlaliyyət yolundan danışaraq şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində tövsiyə məzmunlu çıxışlar ediblər.

Deputat Q.Paşayeva şagirdlərin maraqlı proqram əsasında tərtib olunmuş çıxışlarına dəstək olan müəllimləri və tədbirin təşkilatçıları olan 283 nömrəli məktəbin rəhbərliyi və kollektivini, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədrini təbrik edib. O, bir orta məktəbdə belə bir maraqlı proqramın gerçəkləşdirilməsindən məmnunluğunu ifadə edib. Gəncləri oxumağa, öyrənməyə, savadlı olmağa, fundamental fənlərlə yanaşı, tarixi dərindən öyrənməyə, vətənpərvər və zərərli vərdişlərdən uzaq olmağa çağırıb.

Q. Paşayeva özünəməxsus nəticələri olan 283 saylı məktəbin gələcəkdə daha böyük uğurlara imza atacağına inamını ifadə edib. O, tariximizn öyrənilməsi istiqamətində məktəbdə həyata keçirilən işlərin önəmini vurğulayıb.

Tədbirin sonunda 100 nəfərə yaxın təhsildə fərqlənən şagirdlərin hər birinə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin kitablar və məktəbli üçün gərəkli bir sıra hədiyyələr təqdim olunub. Kitabın ən dəyərli hədiyyə olduğu vurğulanıb və uşaqlara tariximizə aid kitabları dərindən oxumaq çağırışı edilib.

Deputat Q.Paşayeva, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova müəllimlərlə də geniş söhbət ediblər. Tədbirdə şagirdlərdə mütaliə bacarığının formalaşdırılmasında mütaliənin rolu xüsusi qeyd edilib. İştirakçılar Hacı Nuran, fəal qadınlarımız Pərvanə Mustafayeva və Ramilə Şirinova da uşaqları Milli Dirçəliş Günü münasibətilə təbrik ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2019 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə