Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək münasibətlərinin rəsmiləşdirilməsi

Əmək münasibətlərinin rəsmiləşdirilməsi

Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhərinin Nizami rayonunda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları” mövzusunda keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.

İşəgötürən və işçi arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə  iştirakçılara məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı vurğulanıb.

Bildirilib ki, bu münasibətlər qanunvericiliyə uyğun yaradılmadan şəxslərin işləri yerinə yetirməsinə cəlb edilməsi onların gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı yaradır. Belə hallar vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurur.

Tədbirin sonunda iştirakçılara maarifləndirici  bukletlər paylanılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Noyabr 2019 12:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə