Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Ermənistanı darmadığınla yola saldı

Avro-2020-nin seçmə mərhələsində 10-cu turun oyunları davam edir.

J qrupunda final mərhələsinə vəsiqəni təmin etmiş İtaliya millisi evdə Ermənistanı qəbul edib. Meydan sahibləri ermənilərin qapısından 9 top keçiriblər. Ermənilər bu toplardan yalnız birinə cavab verə biliblər.

Qol: İmmobile, 8, 33. Zaniolo, 9, 64. Barella, 29. Romanyoli, 72. Jorjinyo, 75-pen. Orsolini, 78. Kyeza, 81 – Babayan, 79.

Qeyd edək ki, İtaliya millisi AVRO-2020 seçmə mərhələsində bütün oyunlarda qələbə qazanan yeganə komandadır. 10 oyunun 10-da da qələbə qazanmaqla rəqib qapılarından 37 top keçirən apeninlilər öz qapılarında cəmi 4 top görüblər.

 

“Xalq qəzeti”

19 Noyabr 2019 12:24 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə