Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ronaldo etdiyi hərəkətə görə üzr istədi

Ronaldo etdiyi hərəkətə görə üzr istədi

“Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo A seriyasında “Milan”la matçda yaşananlara görə üzrxahlıq etmək üçün öz komanda yoldaşlarını şam yeməyinə dəvət edib.

“La Repubblica”nın məlumatına görə, Ronaldo, “Atlanta” ilə oyun öncəsi komanda yoldaşlarından şəxsən üzr istəmək qərarına gəlib.

Xatırladaq ki, İtaliya çempionatının 12-ci turunda “Milan”la qarşılaşmada əvəzlənən Ronaldo buna etiraz olaraq oyun bitməmiş dərhal stadionu tərk edərək soyunub-geyinmə otağına yollanmışdı. İtaliyada onun bu hərəkəti mütəxəssislər tərəfindən xoş qarşılanmayıb.

Bundan sonra komanda yoldaşları Ronaldodan üzr istəməsini tələb ediblər.

Qeyd edək ki, həmin matçda Ronaldono əvəzləyən Dibala qol vurub.

 

“Xalq qəzeti”

19 Noyabr 2019 12:20 - İDMAN
İDMAN
12 Dekabr 2019 | 09:42
Ansu Fati rekorda imza atıb

Köhnə versiyamızdan xəbərləri izlə