Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millimizin rəqibləri bəlli oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Olimpiya təsnifat turnirlərindəki rəqibləri dəqiqləşib. “Sport24.az” xəbər verir ki, yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda yığmamız (A qrupunda) mübarizə aparacaq.

Azərbaycan millisi Hollandiya, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları yarışacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcək. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək qalib komandanın adı dəqiqləşəcək.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

19 Noyabr 2019 11:22 - İDMAN
İDMAN
8 İyul 2020 | 00:05
Yeni müqavilə

Köhnə versiyamızdan xəbərləri izlə