• RUB: 0.0259
  • TRY: 0.2937
  • EUR: 1.9673
  • USD: 1.7000
  • Bakı + 18.6 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan gənclərinin Mərakeşə səfəri başa çatıb

Azərbaycan gənclərinin Mərakeşə səfəri başa çatıb

Bu il sentyabrın əvvəlindən  bir qrup azərbaycanlı gəncin Mərakeş Krallığına ikihəftəlik səfəri başa çatıb. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. Səfərin proqramına əsasən, nümayəndə heyəti Mərakeşin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, turizmi, milli mətbəxi ilə yaxından tanış olub. Səfər çərçivəsində gənclər  Mərakeş Krallığının Gənclər və İdman Nazirliyində görüşdə iştirak ediblər. 
 Bununla yanaşı, nümayəndə heyəti Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyində olub, fövqəladə və səlahiyyətli səfir Tarik Əliyevlə ­görüşüb. 
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.8.1-ci (Azərbaycan ­Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi) yarımbəndinə və Azərbaycan Respublikası ilə Mərakeş Krallığının Gənclər və İdman nazirlikləri arasında imzalanmış əməkdaşlıq protokoluna əsasən ­reallaşmışdır.

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

19 2018 01:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin