• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub

Efiopiyanın paytaxtı Əddis Əbəbə şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ)  2-ci növbədənkənar konqresi keçrilib. Konqresdə dünyanın 130 ölkəsini  təmsil edən mindən çox nümayəndə iştirak edib. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Konqresdə ÜPİ-nin strukturunda təklif olunan islahatlar, bu təşkilatda üzvlük haqqı sistemində dəyişikliklər, poçt əməliyyatlarının aparılması üzrə Ümumdünya Poçt Konvensiyasında bir sıra dəyişikliklər və digər  məsələlər müzakirə olunub. 
Konqresin sonunda ÜPİ-nin yekun aktları qəbul olunub. Konqres sənədlərinə daxil edilməsi üçün Azərbaycan Respublikası hökuməti adından katibliyə siyasi bəyanat təqdim edilib. Bəyanatda Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizinin işğal olunması bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar  Azərbaycan Respublikası Ümumdünya Poçt Konvensiyasının tələblərini Ermənistan Respublikasına münasibətdə tətbiq etməyəcək.
“Azərbaycan Respublikasının ərazisinin 20 faizinin Ermənistan tərəfindən uzun illər işğal altında saxlanması nəticəsində respublikamızın iqtisadiyyatına, o cümlədən poçt sektoruna külli miqdarda ziyan dəyib. Azərbaycan Respublikasının işğal altında olan ərazilərində Ümumdünya Poçt Konvensiyasının poçt markalarının dövriyyəsi haqqında müddəalarını  həyata keçirmək mümkünsüz olub.  Bəyanatda qeyd edilib ki, Ermənistanın “Dağlıq Qarabağ Respublikası” adlanan qondarma qurum tərəfindən qanunsuz poçt markaları buraxması ÜPİ-nin Ümumdünya Poçt Konvensiyasının tələblərinə ziddir”.
Konqresdə, həmçinin nazirlər səviyyəsində  forum keçirilib, poçt sənayesində gələcək inkişaf tendensiyaları üzrə fikir mübadilələri aparılıb, verilən təklifləri ümumiləşdirməklə bu istiqamətdə strategiyanın hazırlanması təklif edilib.
Tədbirin məqsədi sahə üzrə mütəxəssislərin imkanlarını artırmaq üçün məlumat mübadiləsi aparmaq, habelə kibertəhlükəsizliklə bağlı insidentlərə qarşı mübarizə qruplarının fəaliyyətin  idarə və  fəaliyyət mexanizmləri məsələlərini  müzakirə etməkdir.
Tədbirin son iki günündə keçiriləcək kibertəlimlərdə altı müxtəlif ssenari əsasında kiberhücumlara qarşı mübarizə üsulları üzrə mütəxəssisləri  test ediləcək ki, bu da onların təcrübələrinin artırılması və qabaqcıl texnologiyalara yiyələnməsi üçün faydalı olacaq.

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

19 2018 01:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin