Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Açıq Tender Elan Edir

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçiriləcəkdir.
Lot-1. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının tikintisi (I mərhələ).
İddiaçılara təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlı zərfdə yazılı surətdə təqdim etsinlər.
İddiaçılar lot üçün 400 (dörd yüz) manat məbləğdə iştirak haqqını qeyd olunan hesaba köçürdükdən sonra tender sənədlərini Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən (Bakı şəhəri, M.Mirqasımov küçəsi 1A (012) 565-12-41) ala bilərlər.
Rekvizitlər:
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
VÖEN -1400049171
Adı-Dövlət Xəzinədarlıq Agentliyi
Kod- 210005
VÖEN- 1401555071
M/h- АZ41NABZ01360100000000003944
S.W.İ.F.T BİK: CTREAZ22
H/h- АZ81CRTE00000000000002128201
Fond -7, iqtisadi təsnifat kodu-142340, xəzinə hesab kitabı -002730
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tender təklifləri möhürlənib imzalanmış, ikiqat zərfdə 16 dekabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin 1 faizi həcmində bank zəmanəti istisna olmaqla) zərfdə 9 dekabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- təmir-tikinti və quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya;
- müəssisənin maddi-texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat;
- təmir-tikinti sahəsində ən azı 3 (üç) illik iş təcrübəsi olmaqla maliyyə dövriyyəsi yüksək və səhiyyə müəssisələrinin təmir-tikintisində təcrübəsi olan iddiaçılara bal sistemi zamanı qiymətləndirilmədə üstünlük veriləcəkdir;
- iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti, notarial qaydada təsdiq olmalıdır);
- iddiaçının vergilərə və icbari ödənişlərə aid borcunun olub-olmaması haqqında müvafiq arayış;
- iddiaçılar tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin, bank zəmanətinin (təklifin qüvvədə olma müddətindən 30 bank günündən çox olmalıdır) ikiqat bağlı zərfdə 16 dekabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklif zərfləri yuxarıda qeyd olunan ünvanda 17 dekabr 2019-cu il saat 15.00-da açılacaqdır. 

 

Tender komissiyası

 

19 Noyabr 2019 00:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:52
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:51
B İ L D İ R İ Ş
14 Dekabr 2019 | 00:50
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə