Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“S-400”lər 2025-ci ilədək Hindistana çatdırılacaq

“S-400”lər 2025-ci ilədək Hindistana çatdırılacaq

TASS informasiya agentliyinin yaydığı məlumata görə, “Dubai Airshow 2019” aviasiya sərgisində iştirak edən Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov jurnalistlərə bildirib ki, “S-400” “Triumf” zenit-raket kompleksləri 2025-ci ilədək Hindistana çatdırılacaq.
O deyib: “Artıq avans ödənilib və biz istehsala başlamışıq. İşlər qrafikə uyğun aparılacaq. 2025-ci il müqavilənin icrasının son tarixidir”. 
Qeyd edək ki, 2018-ci il oktyabrın əvvəllərində imzalanan müqaviləyə əsasən, Rusiya Hindistana “S-400” “Triumf” zenit-raket komplekslərini çatdırmalıdır.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

18 Noyabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə