Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan “Şahin-1” raketinin uğurlu sınağını keçirib

Pakistan “Şahin-1” raketinin uğurlu sınağını keçirib

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Pakistan Silahlı Qüvvələri öz istehsalı olan və 650 kilometr məsafədə hədəfləri vura bilən “yer-yer” tipli “Şahin-1” ballistik raketini uğurla sınaqdan keçirib.

Məlumata görə, ikipilləli, 12 metr uzunluğu olan raket həm nüvə, həm də bir tonluq adi başlıqla təchiz edilə bilər. Sınaq ordunun strateji qüvvələr komandanlığının operativ hazırlığını yoxlamaq məqsədilə həyata keçirilib.
Xatırladaq ki, “Şahin-1” raketinin sınaqları Pakistanla münasibətlərin gərgin olduğu Hindistanın nüvə başlığı daşıya bilən “Aqni-2” ballistik raketinin sınağından bir neçə gün sonra baş tutub.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 Noyabr 2019 22:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə