Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Su elektrik stansiyası Suriya ordusunun nəzarətinə keçib

Su elektrik stansiyası Suriya ordusunun nəzarətinə keçib

Suriyadakı “Teşrin” su elektrik stansiyası hökumət ordusunun nəzarətinə keçib. TASS-ın məlumatına görə, Rusiyanın Suriyadakı hərbi nümayəndəsi Boris Fomiçev bildirib ki, hazırda Rusiya hərbi polisi stansiyanı qoruyur. Stansiya işə salınıb.
Qeyd edək ki, “Teşrin” SES 1999-cu ildə rusiyalı mütəxəssislər tərəfindən inşa edilib və Suriyada ikinci ən böyük elektrik stansiyasıdır-gücü 630 meqavatdır.
“Teşrin” SES Hələb şəhərindən 90 kilometr aralıda, Fərat çayının üzərində tikilib. Elektrik stansiyası Rakka və Hələb əyalətlərini elektrik enerjisi ilə təmin edir. Lakin uzun müddət elektrik stansiyası İŞİD yaraqlılarının nəzarəti altında olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

18 Noyabr 2019 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə