Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jiru “İnter”ə keçir

Jiru “İnter”ə keçir

İtaliya “A” Seriyası təmsilçisi “İnter” Londonun “Çelsi” klubunun futbolçusu Olivye Jirunu transfer edir. Bildirilir ki, bugünlərdə “İnter”in idman direktoru Pyero Auisilo Londonda “Çelsi”nin idman direktoru Marina Qranovski ilə görüşüb və Jirunun keçidinə dair razılıq əldə olunub. Jirunun qış transfer dövründə 7 milyon avro qarşılığında İtaliya təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, futbolçunun “Çelsi” ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Xəbəri “Sports.ru” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

18 Noyabr 2019 22:16 - İDMAN
İDMAN
24 Yanvar 2020 | 00:34
Müqavilə yenilənib
23 Yanvar 2020 | 17:17
"Zirə"nin Antalya hesabatı
23 Yanvar 2020 | 17:16
U-19 komandamızdan qələbə
23 Yanvar 2020 | 00:32
Kurzava “Arsenal”a keçib

Köhnə versiyamızdan xəbərləri izlə