Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəhvə qaraciyər üçün faydalıdır

Qəhvə qaraciyər üçün faydalıdır

Qəhvə istehlakı qaraciyər xərçənginin inkişaf riskini 50 faiz azaldır. Bu, Belfastdakı Kraliça Universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub. Alimlər son 8 ildə, təxminən, 472 min insan üzərində araşdırma aparıblar. Onlardan 75 faizdən çoxunun müntəzəm olaraq qəhvə içdiyi bildirilib. Araşdırma nəticəsində üyüdülmüş və ya hazır qəhvə sevən insanlarda qaraciyər xərçənginin ən geniş yayılmış forması olan hepatoselüler karsinoma tutulma riskinin 50 faiz daha az olduğu üzə çıxıb. Tədqiqatçıların fikrincə, qəhvənin orqanizmə müsbət təsiri onun tərkibində yüksək miqdarda antioksidant və kofein olmasıdır.
Məlumatı “Medicom” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

18 Noyabr 2019 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə