Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Marsla bağlı maraqlı kəşf

Marsla bağlı maraqlı kəşf

“Nat.geo.ru” saytının yaydığı məlumata görə, Mars planetində mümkün bioloji aktivlik barəsində ilk məlumatlardan sonra ABŞ Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) “Qırmızı planet”in səthində fəaliyyət göstərən Curiosity aparatının yeni kəşfindən danışıb.

Bildirilir ki, bu dəfə aparat həyatın təmin olunması üçün vacib olan daha bir elementi aşkar edib. Məlum olub ki, Mars atmosferində fəsil üzrə oksigenin miqdarı hətta Yer kürəsinin atmosferində olan oksigen miqdarından daha çoxdur.

Alimlərə çoxdan məlumdur ki, Marsın atmosferi 95 faiz karbon qazından, 2,6 faiz azotdan, 1.9 faiz arqondan, 0, 06 faiz karbon monoksitdən və 0,16 faiz oksigendən ibarətdir.

Curiosity aparatının hesablamalarına əsasən? “Qırmızı planet”in atmosferində oksigen miqdarı 30 faizə çata bilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinin atmosferində oksigenin miqdarı ortalama 20,94 faiz təşkil edir. Marsın atmosferində qazların miqdarlarının bu cür dəyişilməsi alimlər tərəfindən öncə bilinsə də, bu cür ani dəyişiklik bilinən ümumi elmi modellər ilə uyğunlaşmır. Yer kürəsində olduğu kimi, Marsda da fəsil üzrə iqlim dəyişiklikləri olur. Qışda karbon qazı planetin qütblərində qar formasına kimi donaraq atmosfer təzyiqini aşağı salır.

Yayda isə karbon qazı yenidən buxarlanır. Alimlər daha öncədən də Marsın atmosferində qazların miqdarının dəyişilməsini hesablamışdılar. Lakin onların hesablamaları yalnız azot ilə arqon üçün düzgün olub. Maraqlısı ondadır ki, Marsın atmosferindəki oksigen miqdarının dəyişilmə zamanı metan miqdarının dəyişilmə zamanı ilə üst-üstə düşür. Bu iki hadisə bir-biri ilə əlaqəli ola bilər. İlkin versiyaya əsasən, sözügedən dəyişiklik bioloji aktivlik ilə əlaqəli ola bilər. Qeyd etmək lazımdır ki, indiyə qədər Marsda həyatın mövcud olması ilə bağlı tam dəqiq bir sübut aşkar edilməyib. Curiosity isə qazların mənbələrinin təyin olunması üçün lazımi təchizata sahib deyil. NASA-nın daha təkmilləşdirilmiş Mars aparatı isə Marsa gələn il göndəriləcək.

 

E.ABBASOV,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə