Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son 13 ilin ən yaxşısı Messidir

Son 13 ilin ən yaxşısı Messidir

“Squawka” nəşri Avropanın TOP-5 liqasında son 13 ildə ən çox driblinq edən futbolçunun adını açıqlayıb. Bu barədə “Futbol.ua” saytı məlumat yayıb.

Mənbə qeyd edir ki, Kataloniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi siyahıda birincidir. Belə ki, 32 yaşlı hücumçu bu müddətdə 1880 driblinq cəhdi edib. Bunun 57,2 faizi uğurlu olub. Siyahının ikinci pilləsində isə Madridin “Real”  futbol klubunun belçikalı futbolçusu Eden Hazard qərarlaşıb. Onun 1220 cəhdindən 57,1 faizi uğurlu alınıb. Siyahıda üçüncü yeri bu yay “Fiorentina”ya keçən Frank Riberi tutur. Fransız futbolçu 939 cəhdin 47,9 faizində rəqiblərini üstələyib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:29 - İDMAN
İDMAN
12 Dekabr 2019 | 09:42
Ansu Fati rekorda imza atıb
10 Dekabr 2019 | 23:25
Messi birincidir

Köhnə versiyamızdan xəbərləri izlə