Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESKO-nun 40-cı sessiyası keçirilir

UNESKO-nun 40-cı sessiyası keçirilir

Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası işə başlayıb.

Sessiyada qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələri iştirak edirlər.

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları ilə təmsil olunur.

Noyabrın 27-dək davam edəcək tədbirdə ali təhsildən süni intellektə qədər aktual məsələlərlə bağlı yeni çoxtərəfli yanaşmalara dair beynəlxalq ideyalar müzakirə edilir.

Noyabrın 19-da isə 107 ölkənin mədəniyyət nazirlər “Dövlət siyasəti və davamlı inkişafda mədəniyyətin yeri” adlı mövzu ətrafında müzakirələr aparacaqlar.

Baş Konfrans çərçivəsində bu gün  UNESKO-nun 11-ci Gənclər Forumu keçirilir. Forumda gənclərin UNESKO-nun fəaliyyətində iştirak etməsi üçün yaxşı təcrübələr diqqətə çatdırılacaq.

Noyabrın 22-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində “Qadınlara qarşı zorakılığa dair məlumat kitabçası” jurnalistlərə təqdim olunacaq. Məqsəd bu mövzu ilə bağlı jurnalistləri maarifləndirməkdir.

İlk dəfə olaraq 15 noyabr Konvensiya Günü münasibəti ilə bütün üzv dövlətlər qurumun hazırladığı konvensiyaları imzalamağa və ratifikasiya mexanizmlərini baş direktora təqdim etməyə dəvət olunacaqlar.

Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirləri də iclaslarda iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə