Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Slovakiya - Azərbaycan matçı keçiriləcək

Slovakiya - Azərbaycan matçı keçiriləcək

AVRO-2020-nin seçmə mərhələsində Slovakiya - Azərbaycan matçı keçiriləcək.

Qol.az-ın məlumatına görə, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına həvalə olunub.

Baş hakim Sergey Boykoya yan xətt hakimləri - Vladimir Volodin və Semen Şlonçak köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Vitali Romanov yerinə yetirəcək.

Görüşün hakim-inspektoru maltalı Kevin Azzopardi, UEFA nümayəndəsi isə şotlandiyalı Skot Struthers olacaq.

Qeyd edək ki, Azərbaycan millisi 16 noyabrda “Baksel Arenada” Uels yığması ilə qarşılaşmada 2:0 hesabı ilə məğlub olmuş, bununlada növbəti mərhələyə keçmək şansını tamamilə itirmişdi. Noyabrın 19-da Trnavada keçiriləcək Slovakiya-Azərbaycan oyunu isə Bakı vaxtı ilə 23:45-də başlayacaq. Bu oyunun nəticəsi millimiz üçün heç bir əhəmiyyət kəsb etmir.

Qrup cədvəlindəki vəziyyət belədir:

 

1.

Xorvatiya

8

5

2

1

17:7

17

2.

Macarıstan

7

4

0

3

8:9

12

3.

Uels

7

3

2

2

8:6

11

4.

Slovakiya

7

3

1

3

11:11

10

5.

Azərbaycan

7

0

1

6

5:16

1

 

Ümüdvarıq ki, gələcəkdə millimiz özündə güc taparaq əzmkarlıq göstərib dönüş yaradaraq, azərkeşlərini sevindirməyi bacaracaq.

 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə