Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib

İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib

Rusiyada iki azərbaycanlı alim bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. 

APA-nın verdiyi məlumata görə, bu alimlər Musayev Elmar Rasim oğlu və Qocayev Zahid Adıgözəl oğludur. Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

Qeyd edək ki, Elmar Musayev onkologiya üzrə Rusiyanın tanınmış mütəxəssislərindən sayılır.

 “Xalq qəzeti”

18 Noyabr 2019 16:21 -

Köhnə versiyamızdan xəbərləri izlə