Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ronaldo Benzemanı “Yuventus”da görmək istəyir

Ronaldo Benzemanı “Yuventus”da görmək istəyir

Kriştiano Ronaldo “Real Madrid”in ulduzu Kərim Benzemanı “Yuventus”un heyətində görmək istəyir.

“Don Balon”un məlumatına görə, Ronaldo “Real”da çıxış edərkən Kərimlə birgə oynamaqdan zövq alırdı. İndi də Ronaldo Benzemanı Turin klubunda görmək arzusunda olduğunu bildirib.

Lakin “Real”ın baş məşqçisi Zidanın Benzemadan imtina etmək fikri yoxdur. Çünki Benzema bu mövsüm çox yaxşı çıxış edir.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”ın heyətində çıxış edir. Onun müqavilə müddəti 2021-ci ildə bitir.

 

“Xalq qəzeti”

18 Noyabr 2019 16:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə