Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə mediası: Neft hasilatı 3,6 milyard bareldir

Türkiyə mediası: Neft hasilatı 3,6 milyard bareldir

Türkiyənin “enerjigunluyu.net”  saytında “Azərbaycanın ən böyük neft yatağından hasilat 3,6 milyard barelə çatır “ sərlövhəli xəbər dərc edilib. Məlumatda qeyd edilir ki,  Azərbaycanın  Xəzər dənizi hövzəsində   ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli yatağında  hasilat artıq 3,6 milyard barel təşkil edir.

Sayt bu məlumatı Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizdə fəaliyyət göstərən  “bP”   şirkətinə istinadən yayımlayıb. Şirkətin açıqlamasına görə, 2019-cu ilin ilk doqquz ayında  neft yatağında , gündə 541 min barel neft hasil edilib ki, onun  41 min bareli Çıraq,  133 min bareli  Orta Azəri, 121 min bareli Qərbi Azəri, 92 min bareli Şərqi Azəri, 95 min barel  Günəşli və 59 min bareli Qərbi Çıraqlı platformalarının payına düşür.  Dünyada və bölgədə enerji sektorundakı yenilikləri işıqlandıran sayt həmçinin “Azəri-Çıraq-Günəşli”dəki hasilatda Türkiyənin TPAO  şirkətinin (Türkiye Petrolleri Anonim Ortaklığı”)  şirkəti  5,7%  paya  sahib olduğunu və tərəfdaş şirkətlər arasında yer tutduğunu qeyd edib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 

18 Noyabr 2019 16:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə