Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Anka” Ankarada Azərbaycan mədəniyyətini təbliğ edir

“Anka”  Ankarada Azərbaycan mədəniyyətini  təbliğ edir

Qardaş  Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə yaradılan “Anka” Azərbaycan Rəqs və Sənət klubunda yeni tədris ilinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilib.

Mərasimi giriş sözü ilə açan “Anka” Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri Dərya Akdəmir bildirib ki, çox önəmli bir tarixdə - 17 noyabr Milli Dirçəliş günü açılışını etdikləri  rəqs və sənət klubu artıq beşinci tədris ilinə başlayır: "Bu müddət ərzində həmişə Azərbaycan mədəniyyətini layiqincə təmsil etmək üçün bütün gücümüzlə çalışmışıq. Həm Türkiyədə, həm də onun hüdudlarından kənarda Azərbaycan mədəniyyətini festivallarda, beynəlxalq tədbirlərdə təmsil etmək bizim üçün böyük bir şərəfdir. Tələbələrimiz klubumuzda Türkiyə dövlətinin lisenziyalı rəqqasları kimi yetişirlər və onlar da vətənimizi, bayrağımızı beynəlxalq tədbirlərdə layiqincə təmsil edirlər. Bu da bizim Azərbaycanımıza kiçik də olsa bir töfhəmizdir. Hal hazırda yeni tədris ilinin açılışında 50 nəfərlik uşaq, 60 nəfərlik böyük qrupumuzla klubumuz Türkiyədə Azərbaycan və dünya rəqslərini öyrədən klubumuz iddialı bir şəkildə açılışını edir. Bütün istəyimiz Azərbaycan mədəniyyətinin Türkiyədə layiqincə tanıdılması və təbliğ olunmasıdır".

Daha sonra tədbir “Anka” Azərbaycan Rəqs və Sənət klubunun indiyə kimi gördüyü işlərin hesabatı xarakterli videoçarxın nümayişi ilə davam etdirilib. Kluba gələcək fəaliyyətdə uğurlar arzulayıblar.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə