Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı işıq üzü görüb

“İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Özbəkistanın və Azərbaycanın görkəmli sənətkarı haqqında “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı nəşr edilib. Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunan kitab Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 fevral 2019-cu il tarixli 2 saylı qərarı ilə çap olunub. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 Kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. “İki xalqın görkəmli sənətkarı” sərlövhəli ön sözdə Maqsud Şeyxzadənin həyatı və fəaliyyəti işıqlandırılmışdır.

Kitabı toplayıb nəşrə hazırlayan və redaktoru filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Topluya özbəkistanlı alimlərdən akademik Naim Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gulnoz Sattarova və azərbaycanlı alim, filologiya elmləri doktoru Yaşar Qasımbəyli rəy verib. Nəşrin məsul katibi isə AMEA Tarix İnstitutunun elmi işçisi Gülşən Kəngərlinskayadır.

 “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları və haqqında müxtəlif illərdə yazılmış elmi məruzələr və məqalələr toplanmışdır. Məqalələr Azərbaycan, özbək və rus dillərində olmaqla yanaşı, kitabda 64 foto da yer alıb.

 

Əfsanə BAYRAMQIZI,  
“Xalq qəzeti”

18 Noyabr 2019 15:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə