Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi ilə Zərdab rayonunda yaradılmış günərzi qayğı mərkəzində 3-12 yaş arası olan və bir qismi sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 30-dan artıq uşaq hərtərəfli qayğı ilə əhatə olunub.

“Ümman” Sağlamlıq İmkanları Məhdud Uşaqlara  Qayğı İctimai Birliyi tərəfindən yaradılmış mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə xidmət edir. Mərkəzə cəlb olunan uşaqlar burada yataqla və gün ərzində 3 dəfə yeməklə təmin edilir, onlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər, o cümlədən maraqlı  ekskursiyalar təşkil edilir.

Uşaqların valideynləri ilə hər həftə görüşlər keçirilir, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı zəruri köməklik göstərilir. Müxtəlif dərnəklər vasitəsilə uşaqların  bu və ya digər istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər görülür.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 13:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə