Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Egils Levitsə

Latviya Respublikasının Prezidenti zati-aliləri cənab Egils Levitsə

Hörmətli cənab Prezident!

Latviya Respublikasının milli ­bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan ­sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. 
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram.  

Hörmətlə, 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2019-cu il

16 Noyabr 2019 22:32 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə