Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Məzahir Pənahovun sədrliyi ilə noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. 
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə komissiyanın 11 noyabr 2019-cu il tarixli iclasının protokolu təsdiq edilib.
Sonra 2019-cu il dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəzadə Aydın Böyükkişi oğlunun üzvlüyünün təsdiq olunmasına qərar verilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

 

“Xalq qəzeti”

16 Noyabr 2019 22:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə