Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək

Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Özbəkkino” milli agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək.  
Noyabrın 18-də Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nin açılış mərasimi baş tutacaq. Mərasimdə Özbəkistan kinosunu kinematoqrafçılar və rəsmilərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti təmsil edəcək.
Noyabrın 19-da “Özbək kinosu həftəsi” çərçivəsində Özbəkistanı təmsil edən nümayəndə heyəti Dövlət Film Fondunun fəalliyyəti ilə tanış olacaq, Azərbaycanın kino xadimləri ilə görüş keçirəcək, gələcəkdə kino sahəsində əməkdaşlıq barəsində müzakirələr aparacaq.
Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayıllı və Qəbələ rayonlarına səfərlər edəcək, yerli adət-ənənələr, tarixi abidələrlə tanış olacaq, sakinlərlə görüşlər keçirəcək. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

16 Noyabr 2019 22:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə