Ən son xəbərlər
Fransanın təhlükəsizlik qüvvələri ölkə Prezidenti Emmanuel Makrona qarşı terror aktı hazırlayan iki nəfəri saxlayıb.
“Le Parisien”in məlumatına görə, saxlanılanların birinin 30, digərinin 45 yaşı var.
Bundan əvvəl isə Fransa Prezidenti Emmanuel Makrona qarşı təxribat törətmək istəyən 4 nəfər saxlanılmışdı.
“France 2” telekanalının məlumatına görə, hazırda dövlət başçısına terror aktı törətmək istəyən təşkilatçılar axtarılır. Artıq onların kim olduğu məlum olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə