Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Moskva və Ankara Suriyadakı vəziyyətlə bağlı sıx təmasdadır

Moskva və Ankara Suriyadakı vəziyyətlə bağlı sıx təmasdadır

Rusiya dövlətinin başçısı Vladimir Putin bildirib ki, Suriyadakı vəziyyət ilə əlaqədar onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə  sıx əlaqələri mövcuddur. Bu barədə Rusiyanın rəsmi mənbələrinə istinadən “Anadolu” agentliyi məlumat yayıb. 

Rusiya Prezidentinin sözlərinə görə, iki ölkə arasında qarşılıqlı etimad yüksəkdir və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən Suriyanın şimalındakı ərazilərdə hər hansı bir həssas məsələ yarananda, tərəflər bir-birini məlumatlandırmağa və problemi operativ şəkildə həll etməyə çalışır.
Türkiyə Prezidenti  R.T.Ərdoğan bu günlərdə ABŞ-da işgüzar səfərdə olub. Bəlli olduğu kimi, rəsmi Vaşinqton Türkiyənin Rusiyadan S-400 komplekslərini almasına qəti etiraz edir. Lakin Ankara bununla razılaşmır. 
Yeri gəlmişkən, Türkiyə Prezidenti amerikalı həmkarı Donald Tramp ilə görüşünün nəticələrini şərh edərkən bu məsələyə aydınlıq gətirərkən deyib: “Biz “Patriot” sistemini ala biləcəyimizi və onları alarkən S-400 komplekslərindən imtina etməyəcəyimizi demişik. Bu, bizim suveren hüququmuzdur”.  
Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair 2,5 milyard dollar həcmində kredit sazişi imzalayıb. Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemi olan S-400 zenit-raket kompleksləri Türkiyəyə çatdırılmasına iyul ayının ortalarından başlanılıb.

 

M.HACIXANLI, “Xalq qəzeti” 

 

16 Noyabr 2019 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə