Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yens Stoltenberq: NATO-nun bütün üzvləri hərbi xərclərini artırmalıdır

Yens Stoltenberq: NATO-nun bütün üzvləri hərbi xərclərini artırmalıdır

NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ Prezidenti Donald Tramp razılaşıblar ki, Şimali Atlantika Alyansının bütün üzvləri hərbi xərclərini ümumdaxili məhsullarının 2 faizi həddinə qədər artırsınlar. Bu barədə tərəflərin görüşü ilə bağlı Ağ evin yaydığı məlumatda bildirilir.

TASS xəbər verir ki, NATO-nun Baş katibi Birləşmiş Ştatların alyansa sədaqətini və təşkilat qarşısında öhdəliklərin daha effektiv bölüşdürülməsi  üçün Prezident Trampın səylərini yüksək qiymətləndirir: “Prezident 2017-ci ildə öz səlahiyyətlərinin icrasına başlayandan bəri müttəfiqlərin müdafiə büdcəsi 100 milyard dollardan çox artıb və bu, böyük tarixi tərəqqidir”.
Prezident Tramp və Baş katib Stoltenberq qərara alıblar ki, NATO üzrə müttəfiq ölkələr müdafiə xərclərini ümumi daxili məhsullarının 2 faizi qədər artırmaqla yanaşı, özlərinin vacib strukturlarını da  qorumalıdırlar. Ona görə ki, 5G şəbəkəsinə yalnız etimad qazanmış və etibarlı telekommunikasiya xidmətləri və avadanlıqlarını təqdim edənlər buraxılsın. Bu barədə Ağ evin məlumatında qeyd edilir. 
Tramp və Stoltenberq, bundan əlavə, dekabrın 3-4-də Londonda keçiriləcək NATO-nun növbəti sammiti öncəsi prioritet vəzifələr ətrafında fikir mübadiləsi aparıblar. 
Xatırladaq ki, Şimali Atlantika alyansının 2014-cü ildə Uelsdə keçirilmiş sammitində bütün NATO ölkələri qarşıdakı 10 il ərzində özlərinin hərbi xərclərini ÜDM-lərinin 2 faizinə qədər artıracaqları barədə öhdəlik götürmüşdülər. Ancaq Stoltenberqin illik hesabatında təqdim etdiyi maliyyə statistikasına görə, alyansa üzv olan bəzi aparıcı Avropa dövlətləri, o cümlədən Almaniya 2024-cü ilə qədər tələb olunan rəqəmə gəlib çata bilməyəcək. Almaniya bəyan edir ki, 2025-ci ilə qədər özünün hərbi xərclərini ÜDM-in 1,5 faizinə qədər artıra bilər. Tramp isə buna görə rəsmi Berlini kəskin tənqid edir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

16 Noyabr 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə