Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misir “Su-35” qırıcılarına görə sanksiyalarla üzləşə bilər

Misir “Su-35” qırıcılarına görə sanksiyalarla üzləşə bilər

Birləşmiş Ştatlar Misiri Rusiyadan “Su-35” qırıcıları aldığı üçün sanksiyalarla hədələyib.  Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb. 
Nəşrin məəlumatına görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo və Pentaqon rəhbəri Mark Esper rəsmi Qahirənin Rusiyadan “Su-35” qırıcıları almağa davam etməsi ilə əlaqədar Misirə mümkün sanksiyalar barədə xəbərdarlıq edib.
Məlumata görə, ABŞ tərəfi bununla bağlı Misirin müdafiə naziri Məhəmməd Əhməd Zakiyə məlumat göndərib.
Qeyd olunur ki, Misirin Rusiyaya məxsus “Su-35” təyyarələrini satın alması ABŞ-ın ölkəyə hərbi yardım göstərməsini çətinləşdirəcək, bununla əlaqədar olaraq Pompeo və Esper misirli naziri bu razılaşmanı ləğv etməyə çağırıblar.
Xatırladaq ki, bu il iyun ayının sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın təhlükəsizliyin möhkəmləndirilməsi və bölgədə sabitliyin qorunması üçün Qahirəyə kömək göstərməyə hazır olduğunu açıqlamışdı.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

16 Noyabr 2019 22:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə