Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyms Appaturay: NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

Ceyms Appaturay: NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır

NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır. Bunu NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
C.Appaturay deyib: “Azərbaycan ­bizim ­davamlı tərəfdaşımızdır. Biz həmişə Azərbaycanın beynəlxalq təhlükəsizliyə və NATO-nun Əfqanıstandakı səylərə verdiyi töhfəni alqışlayırıq“.
O xatırladıb ki, Azərbaycan NATO sülhməramlı missiyası üçün tranzit imkanları yaradır, həmçinin digər yollarla dəstək olur.
Xüsusi nümayəndə bildirib; “Bizim yaxşı əməkdaşlığımız var və mən bunun davam edəcəyini gözləyirəm”.

 

19 2018 01:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin