Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bill Qeyts birincidir

Bill Qeyts birincidir

İki illik fasilədən sonra “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts milyarderlər reytinqində yenidən birinci yerə yüksəlib. Buna səbəb şirkətin Pentaqonla 10 milyard dollarlıq müqavilə imzalamasıdır. Belə ki, saziş Qeytsin varidatının artması ilə yanaşı, şirkətin səhmlərinin bahalaşmasına səbəb olub. Hazırda onun sərvəti 110 milyard dollar təşkil edir. Reytinqdə ikinci yeri 109 milyard dollar sərvəti olan “Amazon” kompaniyasının sahibi Ceff Bezos tutur. İlk üçlüyü isə varidatı 103 milyard dollar olan Fransanın “Louis Vuitton Moët Hennessy” şirkətinin rəhbəri Benua Arno tamamlayır.
Xəbəri “Bloomberg” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

16 Noyabr 2019 22:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə