Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Bələdiyyə seçkiləri ilə bağlı 22 529 namizəd qeydə alınıb

Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün bu günə qədər 41 841 nəfər müraciət edib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlərdən 27 249-u fərdi, 14 564-ü siyasi partiyalar tərəfindən irəli sürülüb. Onlardan 22 529 nəfər qeydə alınıb.

Müraciət edənlərin 70 faizi kişilər, 30 faizi qadınlardır.

MSK sədri bildirb ki, bələdiyyə seçkilərini izləmək üçün indiyə qədər 499 müşahidəçi qeydə alınıb. Müşahidəçilərin 72-si MSK-da, 427-i isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib.

Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.

 

“Xalq qəzeti”

16 Noyabr 2019 16:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə